17:10 - 21.04.2026
21 aprel, Fineko/abc.az. Rusiyada pərakəndə satıcılar Apple və Samsung premium cihazlarının artıq ehtiyatı ilə üzləşib, bu da qiymətlərin endirilməsinə səbəb olub.
ABC.AZ xəbər verir ki, zəif tələb və rublun möhkəmlənməsi fonunda flaqman modellər (iPhone — 30%-dək, Apple Watch — 35%-dək, Samsung cihazları isə 15%-dək) ucuzlaşıb.
I rübdə smartfon satışları təxminən 15% azalıb və satıcılar vəsaiti azad etmək üçün ehtiyatları endirimlə satırlar. Qiymətlərin azalmasının iyulun sonunadək davam edəcəyi, bundan sonra isə bazarın sabitləşəcəyi gözlənilir.