Mərkəzi Bank "AtaSığorta"nın lisenziyasını ləğv edib

11:49 - 20.04.2026


20 aprel, Fineko/abc.az. “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.

"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır", - məlumatda vurğulanıb.