İkitərəfli ticarət hesablaşmalarında rublun payı davamlı artır - Şahin Mustafayev

15:55 - 16.04.2026


16 aprel, Fineko/abc.az. Azərbaycan və Rusiya arasında maliyyə sektorunda səmərəli əməkdaşlıq qurulub.

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

"Xüsusilə, ikitərəfli ticarət çərçivəsində hesablaşmalarda Rusiya rublunun payı davamlı artım nümayiş etdirir: ixrac əməliyyatları üzrə 42 %-ə, idxal əməliyyatları üzrə isə 83 %-ə yüksəlib", - deyə o qeyd edib.