10:54 - 16.04.2026
16 aprel, Fineko/abc.az. “Premium Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz xərcləri 2 milyon 868 min manat olub. Bu, illik müqayisədə 8 min manat (0,3%) azalma deməkdir.
Depozitlər üzrə faiz xərcləri 2 milyon 187 min manat (min manat az), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 637 min maant (7 min manat az) təşkil edib.
Alınan haqq və kommisiya gəliri 3 milyon 189 min manat (703 min manat / 28,3% çox), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 555 min manat (53 min manat / 10,6% çox) olub. Ümumi və inzibati xərclər 956 min manata (55 min manat / 5,4% az), amortizasiya xərcləri 273 min manata (51 min manat / 15,7% az) bərabər olub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 734 min manat (567 min manat / 43,6% az) olub.
Müəllif: Elmir Muradov