"RabitəBank"ın ümumi əmanət portfeli 21.2% artıb - Hesabat

14:57 - 15.04.2026


15 aprel, Fineko/abc.az. "RabitəBank" 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bankın ümumi əmanət portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 21.2% artaraq 836 milyon 293 min manata yüksəlib.

Xüsusilə fiziki şəxslər üzrə əmanətlərdə nəzərəçarpacaq artım müşahidə olunub.

Bu seqment üzrə əmanətlər 32.7% artaraq 622 milyon 846 min manata çatıb ki, bu da müştərilərin Banka olan etimadının daha da gücləndiyini göstərir.