11:37 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 51 ədəd noutbuk, 164 ədəd stolüstü kompüter istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 96,4% və 90% azdır.
Təkcə martda isə 16 ədəd noutbuk və 96 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 98% və 4% azdır.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5% çox və 52% azdır.