Yaxın Şərqdəki proseslər Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxarıb - AMB-nin Baş direktoru

16:29 - 14.04.2026


14 aprel, Fineko/abc.az. Azərbaycanın maliyyə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudov İran ətrafında baş verən proseslərin Azərbaycanın maliyyə sektoruna təsirindən danışıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı şərhi baş direktor AMB-də keçirilən mətbuat konfransında verib.

O qeyd edib ki, İranın ətrafında baş verənlərin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir:

"Bizim cənub qonşumuzla ixracın və idxalın payı ümumi ticarətdə elə də çox deyil. Maliyyə sektorumuzun da İranla inteqrasiyası çox deyil. Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Amma prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa biz öz proqnozlarımızı ona uyğun dəyişəcəyik. Yaxın Şərqdəki proseslər dünya bazarında neft qiymətlərini artırıb, bu da Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının artması deməkdir. Digər tərəfdən, neftin bahalaşması bizim ticarət tərəfdaşı olduğumuz və neft idxal edən bir sıra ölkələrdə inflyasiyanın artımı deməkdir, dolayısı ilə bizə inflyasiya idxalı deməkdir. Bu prosesi də yaxından izləyirik. İnflyasiya proqnozlarını detallaşdırırıq və may ayında paylaşacağıq".

Müəllif: Elmir Muradov