Türkiyə brendləri Rusiyada mağazalarını bağlayır

17:18 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Club, Mudo, NetWork və Oxxo kimi türk geyim brendləri Rusiyada mağazalarını bağlamağa başlayıb. Onları idarə edən “Marka Rus” şirkəti fəaliyyətin dayandırılması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, 2025-ci ildə artıq 10 satış nöqtəsi bağlanıb, daha 20 mağazanın isə il ərzində ləğv edilməsi planlaşdırılır. 

Brendlər 2022-ci ildə Qərb pərakəndə şəbəkələrinin bazardan çıxmasından sonra Rusiya bazarına daxil olmuşdu. “Marka Rus” bundan sonra İspaniyanın

Mango brendinin satışına, əsasən marketpleyslər üzərindən yönələcək.
Ekspertlər bağlanmanı reklam dəstəyinin olmaması və brendlərin zəif tanıdılması ilə əlaqələndirirlər.