17:15 - 8.04.2026
8 aprel, Fineko/abc.az. “Al Market” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1005498281) ötən il 20 milyon manat vergi ödəyib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, MMC-nin ödədiyi verginin həcmi 2024-cü illə müqayisədə 3,2 milyon manat və ya 13,8% azalıb.
Belə ki, 2024-cü ildə “Al Market” MMC 23,2 milyon manat vergi ödəmişdi.
Bu nəticələrdən sonra “Al Market” MMC ən çox vergi ödəyən 100 şirkətin siyahısında 13 pillə geriləyərək 70-ci yerə düşüb.
Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 278 min 621 manat olan şirkətin qanuni təmsilçisi Ozcelik Muhammed Zulfudur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, cari ilin 8 aprel tarixinə şirkətin 257 min 114 manat vergi borcu yığılıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026