10:34 - 6.04.2026
6 aprel, Fineko/abc.az. Müharibə əməliyyatlarının başlamasından sonra BƏƏ-də minlərlə reys ləğv edilib, ötən il 95,2 milyon sərnişinə xidmət göstərən Dubay hava limanı isə iflic vəziyyətinə düşüb.
ABC.AZ xəbər verir ki, otellərin doluluq səviyyəsi adi göstəricinin cəmi 15–20%-nə qədər enib. Yalnız müharibənin ilk ayında 226,5 mindən çox bron ləğv olunub.
Böyük konfrans və tədbirlər təxirə salınır, otel əməkdaşlarının iş saatları azaldılır və ya onlar ödənişsiz məzuniyyətə göndərilir. Dubay biznesə dəstək üçün 272 milyon dollar ayırıb və turizm vergisinin yığılmasını müvəqqəti olaraq təxirə salıb.
“Tourism Economics” təşkilatının məlumatına görə, əgər münaqişə həll olunmasa, 2026-cı ildə regiona gələn xarici turistlərin sayı 11–27% azala bilər. Bu proqnoz dekabr ayında gözlənilən 13%-lik artım göstəricisi ilə ziddiyyət təşkil edir.
Ən pis ssenaridə region 23–38 milyon turist itirə bilər, turizm xərclərinin azalması isə 34–56 milyard dollar həcmində zərərə səbəb ola bilər.
27 İyul 2026