15:34 - 1.04.2026
1 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin ilk iki ayının nəticələrinə görə həyat sığortası üzrə sığorta haqları illik müqayisədə 7.46% artaraq 118.31 mln. manat təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə sığorta ödənişləri daha sürətli artaraq 44.36% yüksəlib və 100.75 mln. manat olub.
Nəticədə həyat sığortası üzrə zərərlilik əmsalı 2025-ci ildəki 63.40%-dən 2026-cı ildə 85.17%-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə sığorta haqları 26.43%, ödənişlər isə 16.24% artmışdı.
Həyatın yaşam sığortası üzrə 2026-cı ildə haqlar 6.03% artaraq 109.89 mln., manat ödənişlər isə 44.60% artaraq 99.67 mln.manat təşkil edib.
Həyatın ölüm halından sığortada haqlar 25.05%, ödənişlər isə 43.63% yüksəlib. Əmək qabiliyyətinin sığortası üzrə haqlar 47.12% artsa da, ödənişlər 81.25% azalıb.
Sağalmaz xəstəliklərdən sığortada isə haqlar 63.44%, ödənişlər 18.62% artım göstərib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026