11:47 - 31.03.2026
31 mart, Fineko/abc.az. ABŞ-ın Təmiz enerji sahəsində aparıcı investoru Devid Kreyn, süni intellektin sürətli inkişafı fonunda enerji infrastrukturunun həddindən artıq genişləndirilməsi riskinə diqqət çəkib.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times (FT) yazıb.
Generate Capital şirkətinin rəhbəri bildirib ki, data mərkəzlərinin enerji güclərini rezerv etməsi əlavə elektrik stansiyalarının tikintisinə və enerji şirkətləri üçün əlavə xərclərə səbəb ola bilər. O, bu xərclərin data mərkəzləri tərəfindən qarşılanmasını təklif edib və qeyd edib ki, artan tələbatla bağlı bəyanatlara baxmayaraq, bir müddət sonra elektrik enerjisi üzrə artıq güc yarana bilər.
BloombergNEF şirkətinin hesablamalarına görə, ABŞ-da data mərkəzlərinin elektrik enerjisinə tələbat 2024-cü ildəki 34,7 QVt-dan 2035-ci ildə 106 QVt-a yüksələcək. ABŞ-ın ən iri enerji şirkətlərindən biri olan NextEra Energy isə yaxın 9 ildə data mərkəzləri üçün ən azı 15 QVt yeni güc yaratmağı planlaşdırır.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026