Çin və Azərbaycan şirkətləri birgə traktor istehsal edəcək

15:16 - 18.03.2026


18 mart, Fineko/abc.az. Dövlət Vergi Xidməti “Dongfeng-İmprotex AZ Agro” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı “Improtex” şirkəti ilə eyni – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosssi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Wang Weıjundur.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı “İmprotex” və “Changzhou Dongfeng Agricultural Machinery” şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.