BƏƏ-də neft hasilatı münaqişə səbəbindən 50%-dən çox azalıb

10:42 - 17.03.2026


17 mart, Fineko/abc.az. Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazının faktiki bağlanması fonunda BƏƏ-də neft hasilatı 50%-dən çox azalıb.

ABC.AZ Reuters-ə istinadən xəbər verir ki, ADNOC şirkəti həm dəniz, həm də quru layihələrini qismən dayandırıb, ofşor hasilat isə faktiki olaraq tam dayandırılıb.

Pilotsuz uçuş aparatlarının hücumları Fuceyra limanı və Ruveysdəki neft emalı zavodu da daxil olmaqla əsas infrastrukturda fasilələrə səbəb olub. Hasilatın azalması regionun digər ölkələrinə də təsir edib: Səudiyyə Ərəbistanı istehsalı təxminən 20%, İraq isə 70% azaldıb.

Region üzrə ümumi hasilatın azalması sutkada 7–10 milyon barel qiymətləndirilir ki, bu da neft qiymətlərini 100 dollardan yuxarı qaldırıb.