Bu ölkələr Azərbaycanda səfirlik açır

14:50 - 13.03.2026


13 mart, Fineko/abc.az. Estoniya və Somali Azərbaycanda səfirlik açır.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb.