09:45 - 11.03.2026
11 mart, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markaların qiymətləri, 10 mart tarixinindəki 11%-dən çox enişdən sonra müxtəlif istiqamətlərdə dəyişir.
Saat 09:38-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersi $0,07 (0,08%) ucuzlaşaraq bir barel üçün $87,73 təşkil edib. 10 mart hərraclarının yekununda Brent-in may fyuçersi $11,16 (11,28%) azalaraq bir barel üçün $87,80-a düşmüşdü.
Saat 09:38-ə qədər NYMEX birjasında WTI neftinin aprel fyuçersi $0,51 (0,61%) bahalaşaraq bir barel üçün $83,96 olub. 10 mart hərraclarının yekununda WTI-nin aprel fyuçersi $11,32 (11,94%) geriləyərək $83,45 təşkil etmişdi.

25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
23 Sentyabr 2026