10:36 - 15.11.2018
15 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,39 dollar və yaxud 0,57% azalıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 67,81 dollar təşkil edir.
14 noyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 0,56 dollar (1,01%) artaraq bir barelə 56,25 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 0,65 dollar (0,99%) artaraq bir barelə 66,12 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,87 dollara bərabərdir.
30 İyul 2026
28 İyul 2026