16:16 - 5.03.2026
5 mart, Fineko/abc.az. Rusiya Afrika bazarlarına çıxmaqda maraqlıdır, çünki hazırda onlar ən perspektivli və sürətlə inkişaf edən bazarlardandır.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
“Bu bazarda iştirak etmək və artıq indidən ora daxil olmaq çox vacibdir. Çünki Afrika yaxın onilliklərdə planetin ən sürətlə inkişaf edən bazarlarından biri olacaq”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Afrika ölkələri bir-birindən xeyli fərqlənsə də, onlarla işləmək lazımdır, çünki bu, Rusiya məhsullarının istehlakı üçün böyük potensial bazardır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026