19:00 - 27.02.2026
27 fevral, Fineko/abc.az. Türkiyə və Suriya Hələbdə sahəsi 5,6 mln kvadratmetr olan Kamouna sənaye zonasının yaradılmasına dair protokol imzalayıb.
ABC.AZ “Türkiye” qəzetinə istinadən xəbər verir ki, layihə ISRA Holding investisiya qrupunun təşəbbüsü ilə türk şirkətinin rəhbərliyi altında altı mərhələdə həyata keçiriləcək.
Zona Türkiyə sərhədindən 7 km məsafədə, Bab əl-Hava sərhəd-keçid məntəqəsi və Hatay vilayətindəki Çilvegözü gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşəcək. İlk mərhələdə 800 min kvadratmetr ərazidə infrastrukturun yaradılması planlaşdırılır. Layihəyə gücü 45,6 MVt-a qədər olan günəş elektrik stansiyası, peşə hazırlığı mərkəzi və logistika infrastrukturu da daxildir. Tikinti başa çatdıqdan sonra burada təxminən 1,3 min istehsal müəssisəsi fəaliyyət göstərəcək və minlərlə insan işlə təmin olunacaq.
Protokol Hələbdə Suriyanın iqtisadiyyat naziri Nidal əş-Şaar və Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmazın iştirakı ilə imzalanıb. Tərəflər bildiriblər ki, layihə regionun sənayesini gücləndirəcək və iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirəcək.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026