14:51 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 %, 2027-ci ildə 2,5 % artacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Bankın "Regional iqtisadi perspektivlər" hesabatının fevral buraxılışında bildirilir.
Bankın analitiklərinin fikrincə, proqnoz enerji daşıyıcılarının qiymətləri və hasilat həcmlərinin dinamikasına qarşı həssas olaraq qalır. Potensial dəstəkləyici amillər sırasında ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi çərçivəsində regional əlaqələndirmə və ticarət təşəbbüslərinin inkişafı, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə biləcək bərpa olunan enerji mənbələrinə irimiqyaslı investisiyaların davam etdirilməsi göstərilib.
EBRD-nin qiymətləndirmələrinə görə, 2025-ci ildə iqtisadi dinamika zəifləyib: real ÜDM artımı 2024-cü ildəki 4,1 %-ə qarşı 1,4 %-ə qədər yavaşlayıb. Əsas səbəb karbohidrogen hasilatının 1,6 % azalması olub. ©Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026