12:31 - 24.02.2026
24 fevral, Fineko/abc.az. Amazon ABŞ-ın Luiziana ştatının şimal-qərbində ilk data mərkəzi kampuslarının tikintisinə $12 milyard investisiya qoymağı planlaşdırdığını elan edib.
ABC.AZ xəbər verir ki, şirkətin mətbuat xidməti bunun ştat tarixində bu sahədə ən böyük layihə olacağını bildirib. Layihə çərçivəsində 540 daimi iş yeri yaradılacaq, həmçinin regionda əlavə olaraq 1 710 iş yerinin dəstəklənməsi təmin olunacaq.
Amazon-da bildirilib ki, yeni data mərkəzi bərpa olunan enerji mənbələri ilə işləyəcək. Onun soyudulması üçün əsasən təbii xarici hava axınından, həmçinin sudan istifadə ediləcək ki, bu da elektrik şəbəkələrinə düşən yükü azaltmağa imkan verəcək.
Bundan əvvəl Amazon artıq bu regionda robotlaşdırılmış logistika mərkəzi açışdı və günəş enerjisi istehsalının inkişafına investisiya yatırmışdı.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026