14:39 - 19.02.2026
19 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2025-ci il üzrə illik maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Tenderdə iştirak haqqı 67,10 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini martın 5-nə qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.