14:42 - 18.02.2026
18 fevral, Fineko/abc.az. “Nestle” şirkətinin səhmləri son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”də məqalə dərc olunub.
Qeyd edilib ki, investorlar fevralın 19-da illik hesabat təqdim edilərkən rəhbərlikdən satışların bərpası üzrə aydın plan tələb etməyi planlaşdırırlar.
2021-ci ilin dekabrında qeydə alınmış pik göstərici ilə müqayisədə “Nestle” səhmlərinin qiyməti hazırda 38% aşağıdır. Eyni dövrdə əsas rəqibləri olan Danone və Unilever şirkətlərinin səhmləri müvafiq olaraq 32% və 28% artıb
“Nestle” səhmlərinin ucuzlaşmasının səbəbləri arasında satışların azalması, xərclərin artması və zəif istehlakçı tələbi göstərilir. Vəziyyəti isə yanvar ayında uşaq süd qarışıqlarında zərərli bakteriyalarla bağlı qalmaqal daha da ağırlaşdırıb.
“Bloomberg”in istinad etdiyi investorların fikrincə, şirkətin problemləri daha dərin ola bilər. “LLB Asset Management” şirkətindən Tomas Küne (“Nestle”də paya malikdir) hesab edir ki, şirkət “uzunmüddətli qərarlardan çox, xərclərin azaldılmasına və qısamüddətli rüblük göstəricilərə həddindən artıq fokuslanır”.
27 İyul 2026
27 İyul 2026