AST SpaceMobile mobil internet üçün ən böyük kommersiya peykini işə saldı

16:15 - 17.02.2026


16 fevral, Fineko/abc.az. Texasın AST SpaceMobile startapı uğurla BlueBird 6 peykinin anten massivini açıb. Bu, orbitdəki ən böyük kommersiya peykidir.

ABC.AZ xəbər verir ki, peyk əvvəlki prototiplərdən üç dəfə böyükdür və yerüstü stansiyalarsız mobil internet təmin edəcək yeni nəsil peyk qrupunun ilk elementi olacaq.

Antennanın sahəsi 223 kv.m təşkil edir, genişzolaqlı internet sürəti 120 Mbit/s-ə çatır və əlaqə birbaşa 4G/5G smartfonlarla mümkündür.

Şirkət 2026-cı ilin sonunadək 45–60 analoji peyk orbitə çıxarmağı, ABŞ və digər ölkələrdə tam kommersiya 5G xidmətini işə salmağı və Starlink layihəsi ilə rəqabət aparmağı planlaşdırır.