Zəngilanda yeni yaşayış məhəlləsinin tikintisinə 34 milyon manat xərclənəcək

11:03 - 17.02.2026


17 fevral, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 33.9 milyonluq tikinti müsabiqəsi elan edib.

ABC.AZ xəbər verir ki, Zəngilan şəhərində genişmiqyaslı tikinti layihəsi ilə bağlı müsabiqə elan olunub.

Satınalan təşkilat – “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması məqsədilə tender proseduruna start verilib.

Tenderin ehtimal olunan qiyməti 33 898 511 manat təşkil edir.