17:31 - 7.11.2018
7 noyabr, Fineko/abc.az. Sığorta bazarının inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası Yol Xəritəsinin hazırlamasına başlayıb.
ASA-nın məlumatında bildirilir ki, sığorta şirkətləri, İcbari Sığorta Bürosunun nümayəndələri və sığorta vasitəçiliyi sahəsində mütəxəssislər daxil olan bir işçi qrupu artıq yaradılmışdır.
“Yol xəritəsinə, ASA-nın 3 illik fəaliyyətinin planı daxildir. Plan, bazar problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, bazarın ətraflı təhlili və analitik rəyin formalaşdırılması və bazarın strategiyasının inkişaf etdirilməsi üzrə tədbirləri nəzərdə tutur”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, Yol Xəritəsinin hazırlanması bir il ərzində başa çatacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026