ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon dolları təşkil edib

16:04 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 dekabr tarixinə ümumi 170 412,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

ABC.AZ Dövlət Neft Fonduna istinadən xəbər verir ki, ötən il ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Əlavə etmək lazımdır ki, ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil edib, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatıb.