15:04 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vəsait daxil olub.
ABC.AZ DVX-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % az, proqnozdan isə 2,5 % çoxdur.
Ötən ay vergi daxilolmalarının 1 milyard 467,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 6,5 %, proqnozdan isə 2,95 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026