16:28 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 55,64 % təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə "Statcounter" agentliyi məlumat verib. Qeyd edilib ki, dekabr ayına nisbətən 0,85 faiz bəndi, 2025-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 20,84 faiz bəndi azdır.
Beləliklə "Samsung"un bazar payı illik ifadədə 27 % azalıb.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 2,56 faiz bəndi, illik isə 15,85 faiz bəndi artaraq 25,89 % təşkil edib.
Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 1,58 faiz bəndi, illik isə 1,72 faiz bəndi artaraq 7,11 % təşkil edib.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,14 faiz bəndi azalaraq, illik isə 3,24 faiz bəndi artaraq 6,55 % olub.
İlk beşliyi 1,38 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,15 faiz bəndi artıb, illik müqayisədə isə 0,44 faiz bəndi azalıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026