15:27 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Azərbaycanda 2025-ci il ərzində yüklərin (nəqliyyat) könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 6 milyon 454 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 557 min manat və ya 8,0% azdır. 2024-cü ildə bu göstərici 7 milyon 11 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 521 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 241 min manat və ya 3,4 dəfə azdır. Ötən ilin eyni dövründə 1 milyon 762 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 17,0 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 25,1% təşkil edib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026