14:29 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Apple audio və daşınan cihazlar üçün süni intellekt texnologiyaları hazırlayan Q.ai İsrail şirkətini alacağını açıqlayıb.
ABC.AZ xəbər verir ki, sövdələşmənin dəyəri təxminən 1,6 mlrd dollar təşkil edib, startapın 100 nəfərlik bütün heyəti, o cümlədən təsisçiləri, Apple-ə keçəcək.
Bu satınalma Apple-ın daşınan cihazlar seqmentində AI istiqamətini gücləndirəcək və AirPods-da sinxron tərcümə kimi funksiyaların inkişafını davam etdirəcək. Q.ai üz əzələlərinin mikrohərəkətləri ilə nitqin tanınması sahəsindəki tədqiqatları ilə tanınır, bu da istifadəçinin fizioloji göstəricilərinin analizinə və cihazın mimika ilə idarə olunmasına imkan yaradır.
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026