17:31 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda könüllü əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta haqları 85.53 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3.8% azalma deməkdir.
Eyni dövrdə sığorta ödənişləri 4.01 milyon manat olub ki, bu da illik müqayisədə 6.4% artım göstərir.
Son dörd ilin dinamikasına baxdıqda, 2022-ci ildə bu sığorta növü üzrə haqlar 66.35 milyon manat, ödənişlər 1.43 milyon manat olub. 2023-cü ildə bazar həcmi 74.93 milyon manata yüksəlib, ödənişlər isə kəskin artaraq 75.42 milyon manata çatıb. 2024-cü ildə haqlar 88.95 milyon manatla pik səviyyəyə yüksəlib, ödənişlər isə 3.77 milyon manata enib.
Zərərlilik nisbətinin illər üzrə müqayisəsi göstərir ki, 2022-ci ildə bu göstərici 2.2%, 2023-cü ildə 100.7%, 2024-cü ildə 4.2%, 2025-ci ildə isə 4.7% olub. Beləliklə, 2023-cü ildə baş verən yüksək zərərlilikdən sonra bazar son iki ildə daha az olub.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026