Almaniyada inflyasiya yanvarda 2,1%-ə qədər sürətlənib

17:25 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. 2026-cı ilin əvvəlində Almaniyada inflyasiya proqnozlardan daha sürətlə artıb.

ABC.AZ xəbər verir ki, yanvar ayında istehlakçı qiymətləri illik ifadədə əvvəlki ayda qeydə alınan 1,8%-ə qarşı 2,1% artıb və bazarın 2% səviyyəsində olan gözləntilərini üstələyib. Aylıq ifadədə inflyasiya 0,1% təşkil edib.

Uyğunlaşdırılmış istehlak qiymətləri indeksi də analitiklərin proqnozlarına uyğun olaraq illik ifadədə 2,1%-ə yüksəlib. Məlumatlar Avropa Mərkəzi Bankının gələcək pul siyasəti ilə bağlı müzakirələri gücləndirib, Çünki Almaniya avrozonada inflyasiya dinamikasında əsas amil olaraq qalır.