15:56 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. 2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar ayında bildirilir.
Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 15,7 milyon ABŞ dolları və yaxud 11,6 % çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.