12:19 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Elektron Təhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğun olaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmunun yayılmasının qarşısının alınması istiqamətində monitorinq və nəzarət tədbirlərini davam etdirir.
ABC.AZ xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də Xidmətin apardığı monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb.
Girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
27 İyul 2026
25 İyul 2026