2025-ci ildə Azərbaycana karbamid ixracından 170,8 milyon dollar vəsait daxil olub

11:20 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan 170,8 milyon dollar dəyərində karbamid ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 35 % çoxdur.

Təkcə dekabrda isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 % azdır.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.