Tesla-nın IV rüb üzrə hesabatı Uoll-Stritin gözləntilərini üstələyib

14:47 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Tesla 2025-ci ilin IV rübü üzrə hesabatını təqdim edib: illik göstəricilərin azalmasına baxmayaraq, nəticələr analitiklərin proqnozlarından daha yaxşı olub.

ABC.AZ xəbər verir ki, şirkətin mənfəəti hər səhm üçün 0,50 dollar təşkil edib, gözlənilən göstərici isə 0,45 dollar idi. Gəlir 24,9 milyard dollar olub və bu da proqnozları üstələyib. Elektromobillərin tədarükü azalsa da, marjinallıq artıb, FSD avtopilotuna abunəçilərin sayı və enerji layihələrinin həcmi isə inamlı artım göstərib. Cybercab, Tesla Semi və Megapack 3 layihələri plan üzrə inkişaf edir. Postmarket ticarətində Tesla səhmləri 2,8% bahalaşıb.