11:12 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. 2030-cu ilə qədər Microsoft məlumat mərkəzlərinin fəaliyyəti üçün təxminən 18 milyard litr su sərf edəcək ki, bu da 2020-ci illə müqayisədə 150% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Proqnoz şirkətin ötən il imzaladığı 50 milyard dollardan artıq həcmli məlumat mərkəzi müqavilələrini əhatə etmir ki, bu da artımın davam edəcəyini göstərir. Xüsusilə su qıtlığı yaşayan regionlarda, o cümlədən Cakarta ətrafında istehlak kəskin şəkildə yüksələcək. ABŞ-da isə süni intellekt bumunun təsiri ilə məlumat mərkəzlərinin suya tələbatı dəfələrlə artacaq. Nəticədə Microsoft-un su izi dünyanın ən iri sənaye korporasiyalarının, məsələn Toyota-nın göstəriciləri ilə müqayisə oluna biləcək.