11:39 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. Yaponiyanın SoftBank holdinqi süni intellekt şirkəti OpenAI-yə əlavə 30 milyard dollar investisiya yatırmaq üçün danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb.
SoftBank artıq ChatGPT çat-botunun tərtibatçısına yatırım edən ən iri investorlar arasında yer alır. Keçən il Yaponiya qrupu OpenAI-yə 40 milyard dollardan çox yatırım etmişdi.
Məlumat mənbələrindən biri xəbərdarlıq edib ki, danışıqlar hələ ilkin mərhələdədir və investisiya məbləği dəyişə bilər. Əgər razılaşma baş tutsa, OpenAI-nin ümumi dəyəri təxminən 830 milyard dollar təşkil edə bilər.
Bu xəbərlər fonunda SoftBank-ın Yaponiyada səhm qiymətləri 8% artıb. 28 yanvar saat 9:54 (Bakı vaxtı) artım 3%-ə qədər yavaşlayıb.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026