15:06 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 866 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 616 manat, özəl sektorda isə 2 034 manat olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,3 %, o cümlədən dövlət sektorunda 10 %, özəl sektorda isə 13,1 % artıb.
2025-ci il dekabr ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026