10:56 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda 1 674 984 vergi ödəyicisi olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,6 % artıb.
Ötən il dekabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,2 % çox – 204 065 vahid təşkil edib.
2025-ci ildə 14 051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 %-i yerli investisiyalı, 11,3 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026