Ötən il Azərbaycanda hasil edilən qaz 2,4 faiz çoxalıb

14:34 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda 51,5 mlrd. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə  Energetika Nazirliyinin operativ məlumatında bildirilir.

“Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb”, – məlumatda qeyd olunur.

Nazirliyin məlumatına əsasən, 2024-cü ildə ölkədə 50,3 mlrd. kubmetr qaz hasil edilib.