11:58 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. Bakı Kommersiya Məhkəməsində borclu “1ST Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24) barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.
ABC.AZ xəbər verir ki, məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə, saat 10:55-ə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcəkdir. İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.
Məlumata görə, şirkət 20020 AZN nizamnamə kapitalı ilə fəaliyyət göstərir. 13 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Ayaz Namazov Nizami oğludur. Şirkətin dövlətə vergi borcu 469 990.28 AZN təşkil edir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026