17:26 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. Meta ABŞ-da süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin fəaliyyətini təmin etmək üçün ümumi gücü 6,6 GVt olan bir neçə uzunmüddətli nüvə enerjisi təchizat müqaviləsi bağlayıb.
ABC.AZ xəbər verir ki, bu müqavilələr Vistra, TerraPower və Oklo şirkətləri ilə bağlanıb və əvvəlki Constellation Energy ilə əldə edilmiş razılaşmaları tamamlayır. Layihələr Ohayo və Pensilvaniya ştatlarındakı AES-lərin istismar müddətinin uzadılmasını nəzərdə tutur, enerji isə o cümlədən Prometheus hesablama klasterində istifadə olunacaq.
Oklo-nun səhmləri müqavilələrin açıqlanmasından sonra təxminən 17% artıb. Şirkət Ohayo ştatında qabaqcıl nüvə reaktorlarının inşası ilə məşğul olacaq, onların gücü 2030-cu ilə qədər 1,2 GVt təşkil edəcək. Meta isə layihələrin tikinti mərhələsində bir neçə min, istismar mərhələsində isə bir neçə yüz daimi iş yerinin yaradılmasını proqnozlaşdırır və 2035-ci ilə qədər 6,6 GVt təmiz enerji istehsalını planlaşdırır.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026