Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6,5 % artıb

11:07 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,5 % artaraq 859,3 min təşkil edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artaraq 58,4 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 %artıb və 232,8 min təşkil edib.