İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb

16:39 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. Ötən il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.