İşsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

16:36 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. 2025-ci ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,0 faiz artıb və 228,9 milyon manata yaxın olub.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.