14:24 - 6.01.2026
6 yanvar, Fineko/abc.az. Çinin “Pop Mart” şirkəti, Şimali Amerika bazarında kolleksiya oyuncaqlarına artan tələbatı ödəmək məqsədilə Labubu oyuncaqlarının istehsalını Meksikada başlayıb.
ABC.AZ-ın məlumatına görə, “Pop Mart”ın öz zavodları yoxdur, lakin şirkət istehsal tərəfdaşları ilə əməkdaşlıq edir.
“Belə bir tərəfdaş şəbəkəsi istehsal gücünü artırır və dünya üzrə istehlakçılara yeni məhsullara vaxtında və hər yerdə çıxış imkanı təmin edir”, – deyə “Pop Mart” bildirib.
“Pop Mart”ın qiymətləri 2025-ci ilin avqustundakı rekord maksimumlardan təxminən 40% düşüb. 6 yanvar, çərşənbə axşamı, qiymətlər Labubu oyuncaqlarına tələbatın bərpası gözləntiləri fonunda 5,7% artıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026