Naxçıvanda bu avtobus marşurutları üzrə müsabiqə elan olundu

17:34 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 3 fevral saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.