10:18 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. 2025-ci ildə istehsalçılar kütləvi şəkildə smartfonlara 7 000 mAh və daha böyük tutuma malik silisium-karbon batareyalar quraşdırmağa başlayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə "GSMArena" nəşri məlumat yayıb.
Nəticədə yeni modellərin avtonom işləmə müddəti xeyli artıb.
Nəşrin jurnalistləri bazardakı ən uzunömürlü 10 smartfonun reytinqini tərtib ediblər. 2025-ci il reytinqinə "OnePlus 15" flaqmanı başçılıq edib. "GSMArena"nın qarışıq testində smartfon 23 saat 7 dəqiqə işləyib.
İkinci yerdə "Oppo Find X9 Pro" qərarlaşıb - 21 saat 57 dəqiqə. İlk üçlüyü isə "iQOO 15" tamamlayıb - 21 saat 47 dəqiqə.
İlk onluğa daxil olan digər smartfonlar:
"Realme GT 7" - 21 saat 06 dəqiqə;
"Realme GT 8 Pro" - 20 saat 24 dəqiqə;
"Nubia Z80 Ultra" - 20 saat 13 dəqiqə;
"RedMagic 11 Pro"- 20 saat 02 dəqiqə;
"Xiaomi Poco F8 Ultra" - 18 saat 52 dəqiqə;
"HONOR Magic 8 Lite" - 17 saat 58 dəqiqə;
"iPhone 17 Pro Max" - 17 saat 58 dəqiqə.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026